May 3, 2008 1:04
Növbəti layihəmiz Gəncə şəhərində

Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatı və Gəncə şəhər Gənclər İdman Baş İdarəsi tərəfindən 28-29 aprel 2008-ci il tarixilərində Gəncədə təhsil olan 30 tələbə üçün “Kompüter aləmi”adlı təlim kursu təşkil etmişlər. Kurs iki hissədən ibarət olmuşdur, təlimin birinci hissəsində tələbələr 4 mövzü üzrə ətraflı məlumatlar verilmişdir, daha sonra gənclər öyrəndiklərin onlar üçün ayrılan kompüter merkəzində tətbiq etmişlər. Kurs ərzində təlim iştirakçılarına Kompüter haqqında ümümi məlumat,Windows əməliyyat sistemi, Microsoft Office, İnternet, E-mail, Yahoogroups mövzular haqqında foto-slayd və video materialalr vasitəsi ilə məlumatılar verilmişdir. Təlimin nətcəsi olaraq bütün təlim iştirakçılarına elektron poçtlar və gənclər arasında vitrual əlaqələrin gücləndirməsi üçün yahoogroups fəaliyyət göstərməkə başlamışdır. Təlimin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur. Təlimin gedişində, təlim iştirakçılarında müxtəlif KİV nümayəndələri tərəfindən sorğular keçirilmişdir, gənclərin kompüter bilikləri, təlim kursun keçirlməsi haqqında fikirlərini öyrənmişlər.
Fəaliyyət , Xəbərlər | Şərhlər(1) | Baxış sayı: 48
Aprel 25, 2008 22:51
Tələbə Gənclər Təşkilatının iki maraqlı tədbiri.

İlk olaraq Texniki Univeritetin akt zalında "Azərbaycan Gəncliyi Dövlət Proqram " ının həyat keçirilməsi mövzüsunda konfrans keçirilmişdir. Konfransda Universitetin rektoru Havar Məmmədov, millət vəkili Gülər xanım Əhmədova, Bakı şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yasamal rayon Gənclər İdman İdarəsinin rəisi İlham Səfərov, bir necə Ali məktəblərin Tələbə Gənclər Təşkilatlarının sədrləri və o cümlədən universitetin tələbələri iştirak etmişdir. Konfransda millət vəkili Gülər xanım Əhmədova, Bakı şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək "Azərbaycan Gəncliyi Dövlət Proqram" haqqında, öz həyat təcrübələri haqqında danışmışlar, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu etmişlər. Tələbə Gənclər Təşkilatının “Azərbaycan Gəncliyi Dövlət Proqram” istiqamətində gördüyü işlər haqqında Tələbə Gənclər Təşkilatının sədri Xaqani Fərəcov qısa məlumat vermişdir. Tədbirin sonunda Bakı şəhər Gənclər İdman Baş İdarəsi tərəfində Universitetin 15 tələbəsi Fəxri Fərmanla təltif edilmişdir. Bundan əlavə olaraq Gənclər İdman Baş İdarəsi tərəfindən Tələbə Gənclər Təşkilatına kompüter avandalığı hədiyyə edilmişdir.
İkinci tədbirimiz Səngəçal Terminalında yerləşən “Xəzər Enerji Mərkəzi” ilə birgə həyata keçmişdir. Bu təbir də Universitetin 25 tələbəsinin iştirakı ilə Səngəçal Terminalına ekskursiya teşkil edilmişdir. Tələbələrə “Xəzər Enerji Mərkəzi ” tərəfindən neftin istehsalı, onun ixracı, o cümlədən Bakı-Tiblisi-Ceyhan və digər boru kəmərləri haqqında geniş məlumat verilmişdir. Sonda tələbələr “Xəzər Enerji Mərkəzi” nin əməkdaşları ilə xatirə şəkiləri çəkdirmişlər.
Davamı...
Fəaliyyət , Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 52
Aprel 23, 2008 0:36
Univeritetlər arası Futbol Çempionatı
Uzun fasilədən sonra futbol üzrə tələbələr arasında ölkə çempionatının startı verilib. Yarışların açılış mərasimi "Şəfa" stadionunda keçirilib.
"Şəfa" stadionuna toplaşmış azarkeşlər bəlkə valideynlərinin belə vaxtilə görmədiyi hadisəni seyr etdilər. Turnirin açılış zərbəsini dövrlərinin məşhurları Ələkbər Məmmədovla yığmamızın yeni baş məşqçisi Berti Foqts edib. O ki qaldı tələbələrin ölkə çempionatına, bu dəfə 31 təhsil müəssisəsi mübarizə aparacaq. Gəncənin 2 və Mingəçevirin 1 təhsil ocağı coğrafi cəhətdən Bakıdan kənarda yerləşdiyindən, eyni qrupda mübarizə aparmaq məcburiyyətində qalacaq.
Naxçıvan və Lənkəran tələbələrinin bəxti isə gətirib. Onlar yarışa 1/8 final mərhələsindən qatılacaqlar. Digər komandalar isə Bakını təmsil edirlər və bu 26 universitet 6 qrupda yarışacaq. Çempionatın reqalmentinə əsasən, qrup mərhələsinin yekununa görə, 16 komanda mübarizəni pley-off mərhələsindən davam etdirəcək.
Heydər Əliyevin 85 ililk yubileyinə həsr olunmuş və bu gün startı verilmiş çempionat 1 ay davam edəcək. Oyunlar Azərbaycan Beynəlxalq Universitetinin, həmçinin Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək
Idman | Şərhlər(0) | Baxış sayı: 44
Aprel 23, 2008 0:21
iş vakansiyası
Tel.: ( +99412 ) 596 32 96
Mob.: ( +99455 ) 640 59 07
( +99450 ) 515 09 35
( +99455 ) 210 59 07
E-mail: murad@turizm. az
URL: www.turizm.az
MSN: muradkaramov@ hotmail.com
Address: Azerbaijan, Baku, 145 L.Tolstoy str
Youth News | Şərhlər(0) | Baxış sayı: 52
Aprel 22, 2008 23:14
SƏNGƏÇAL TERMİNALINA SƏFƏR
Hörmətli Tələbə Gənclər !
Tələbə Gənclər Təşkilatı 25 aprel tarixində Səngəçal Terminalına maraqlı ekskursiya təşkil edir.İştirak etmək istəyənlər Tələbə Gənclər Təşkilatına müaricət edə bilərlər. Ekskursiya haqqında ətraflı məlumatı Tələbə Gənclər Təşkilatının ofisindən əldə edə bilərsiniz. Əlaqə :
I korpusu 4 mərtəb (401 kab. üzbə-üz)
Tel: (012) 439 13 54
Mobil: (055) 718 83 68
E-mail: aztu_tgt@yahoo.com
Fəaliyyət , Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 41
Mart 16, 2008 22:36
31 mart bizim tariximiz
29 mart Azərbaycan Texniki Universitetində "31 mart Azərbaycanlarının Soyqırımına" həsr olunmuş konfrans keçirləcək.Tədbiridə Universitetin müəllim,professor heyəti və tələbələr iştirak edecek.
Tədbirdə tələbələr tərəfindən hazırlanmış səhnəciklər və şer kompozisyasi təqdim olunacaq və o cümlədən video material nümayiş olunacaq.
Tədbirdə iştirak etmək istəyənlər bizimlə əlaqə saxlaya bilər :
Tel : (+99412) 439 13 54
Mobil : (+99455) 718 83 68
Davamı...Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 51
Mart 16, 2008 22:23
IRELI de yeni mwsabiqe

Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 48
Mart 16, 2008 16:26
Novruz Bayraminiz Mubarek
Əziz Gənclər Texniki Universiteti Tələbə Gənclər Təşkilatı adından sizləri Müqədəs Novruz Bayramı
Münasibeti ilə tebrik edir,sizlərə işlərinizdə uğurlar,can sağlığı,uzun ömür xoşbəxtlik arzu edirəm.
Hörmətlə : Texniki Universiteti Tələbə Gənclər Təşkilatı sədri
Xaqani Fərəcov
Xəbərlər | Şərhlər(1) | Baxış sayı: 43
Mart 14, 2008 23:44
Yeni layihələrimiz, aprel- may
Tələbə Gənclər Təşkilat olaraq fəaliyyətimizin əsas məqsədlərindən gənlcərin ictimai fəallarıqın artırmaqdır.Beləliklə aprel- may ayları ərzində 3 mövzü üzrə Təlim kursların keçirilməsi nəzərdə tutur. Hal-hazirda təlim kursunun materiaları və lahiyəsi hazırlanır.
Fəaliyyət , Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 41
Mart 14, 2008 23:38
Beynalxalq Əlaqələrimiz haqqında
2007 ci il Tələbə Gənclər Təşkilatın Beynalxalq Əlaqələri haqqında qısa məlumat:
2007 ci il Ümümiyyətlə TGT-ını fəalliyyətində müəyyən yeniliklər və paralaq fəaliyyətlə yadda qalmışdı. Beləki 2007 ci il sentyabr ayında dünyanın nəhəng şirkətlərindən bir olan BP şirkətiylə əlaqələr yaradılmış tələbələrin bu şirkətin nümayəndələriylə görüşlər universitetdə bir necə görüşlər keçirilmişdir. Telebelerimizin gələcəkdə bu şirkətdə işləməsi və BP tələbələr üçün nəzərdə tutulmuş lahiyələri haqqında universitetdə böyük konfran keçirilmişdir.Oktyabr – dekabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən Beynalxalq Respublikaçılqar İnustutunun keçirdiyi bir necə təlim kurslarında Texniki Universitetinin TGT –nın fəalları yaxından iştirak etmişlər, TGT-ı bu təşkilatıla mütamadi əlaqələr saxlayı və onların tələbə-gənclər üçün nəzərdə tutuqları proqrammlarda fəal iştirak edir.TGT-ı gənclərin beynalxalq əlaqələrinin genişlənməsinə mühüm yer ayrır. Təşkilat Avropanın və Amerikanın ən nüfüzlü tələbə gənclər hərakatları olan AEGEE (Avropa Tələbələrinin Forumu ) və AİSEC sıx əmkadışlıq qurmaqdadır, beləki yay tətil ərəfəsində bu təşkilatların bir necə yerli və beynalxalq tədbirlərində Texniki Universitetin Tələbə Gənclər Təşkilatını fəaları yaxından iştirak etmişlər.Fevral ayında isə AEGEE Gdansk təşkiliatının təşkil etdiyi Azərbaycan və Polşa gənclərin inteqrasiyası və mübadiləsi proqrammında Tələbə Gənclər Təşkilatın sədri Xaqani Fərəcov Polşanın Gdansk şəhərində səfərdə olmuşdur. Azərbayacan Texniki Universitetini TGT-ı digər beynalxalq təşkilatlarla əməkdaşlıq edir və onların təşkil etdiyi müxtılif mövzülu təlimərinə öz fəallarıyla təmsil olunur.Beynalxalq əlaqələrdə əsasən prioretet istiqamət olaraq daha çox Texniki sahə üzrə çalışan təşkilatlarla əlaqələrin qurulması itiqmətində işlər gedir, ilkin olaraq Avropada Texniki sahədə nüfüzlü təşkilatlardan biri olan ETYO (European Technical Youth Organizatian ) təşkilatı ilə virtual əlaqələr qurulub və yeni lahiyələr, yeni idealar müstəfisində əmakdaşlıq aparılır.
Fəaliyyət , Xəbərlər | Şərhlər(2) | Baxış sayı: 65
Mart 14, 2008 23:32
Məqsəd və Vəzifələr
Tələbə Gənclər Təşkilatı 05 may 2005- ci il Azərbaycan Respublikası Təhsil, Gənclər İdman və Turizm nazirliklərinin birgə qərar və əmrləri ilə Ali və orta ixtisas təhsil müssisələrində yaradılmışdır . Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının əsas məqsədi, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində bu universitetdə təhsil alan gənclərin ümumi maraqlarını və könüllük prinsipini əldə rəhbər tutaraq tələbələrin ictimai fəaliyyətini artırmaq.Dövlətimizin inkişafı naminə,gənclərimizin dövlət başçısının yürütdüyü siyasəti dəstəkləmək.Tələbələrin və ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək,respublikanın ictimai,mədəni,sosial,iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.Tələbə Gənclər Təşkilatının əsas vəzifələri aşağdakılardır :
· Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
· tələbələr arasında maarifləndirilmə işinin aparılması;
· tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
· tələbələrin hüquqlarının təmin edilməsi;respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə,olimpiadalarda,sərgilərdə,festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
· tələbələr arasında narkomaniya,alkoqolizm,cinayətkarlıq,əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
· tələbələrin iştirakı ilə müsabiqələrin,seminarların,festivalların,dəyirmi masaların,elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının,diskussiya klublarının ,müzakirələrin,simpoziumların,görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
· tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər,habelə respublikanın ictimai- siyasi, sosial- iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatlarən çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
· tələbələrin maraq və meyllərini,intelluktal inkişafını təmin etmək üçün dərnəklərin,studiyaların,klubların ,kursların ,xidmətlərin təşkil edilməsi;
· tələbələrin problemlemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması,ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısındam vəsadətin qaldırılması;
· təhsil alan tələbələrin sayı,onların dərsə davamiyyəti,nizam-intizamı,yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;
· qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.
Məqsəd və Vəzifələrimiz | | Baxış sayı: 38
